Türkiyənin İslamabaddakı səfirliyi və Yunus Əmrə İnstitutu Lahor Türk Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Pakistanda ebru sənəti tanıdılıb.

Tələbələr və sənətsevərlərlə bir araya gələn ebru sənətçisi Nihal Türe bu sənətin tarixindən və texnikasından danışıb. Türkiyədə ebrunun 600 ilə yaxın tarixi olduğunu bildirən usta bu sənətin ilk olaraq kitab və xəttatlıq lövhələrini bəzəmədə istifadə edildiyini diqqətə çatdırıb. Zaman keçdikcə ebru ayrıca bir sənət kimi formalaşıb.

Pakistan Milli Sənət Qalereyasının müdiri Amna İsmayıl Pataudi ilk dəfə təqdim olunan ebru sənətinə böyük maraq göstərildiyini vurğulayıb: “İştirakçılara sertifikat verməyi düşünürük. Türkiyə səfirliyi ilə bu sənətlə əlaqəli fəaliyyətlərimiz davam edəcək”.

Ebru sənətinin tanıdılması tədbirləri İslamabad və Lahorda bir həftə davam edəcək.

Mehparə SULTANOVA