“Gran Vía” Madrid teatrı tamaşaçıların generasiya etdiyi enerjini işlətməyə qadir olan ilk İspaniya teatrıdır. O, bu səbəbdən “EDP Gran Vía” adlandırılıb.

Növbəti 3 ildə teatrın hamiliyini öz üzərinə götürən “EDP” energetika şirkəti tərəfindən tamaşaçıların səslərini (alqışlar, salamlama, gülüş) qeydə alan xüsusi akustik toplu qurulacaq. Bu toplu tamaşalar zamanı səs titrəyişlərini yığacaq və qeydiyyata alacaq. Tamaşanın sonunda emal edilən səs kilovat-saatlara çevriləcək.

Yığılan enerji haqqında məlumatlar teatrın sosial şəbəkələrdəki səhifələrində yayımlanacaq. Həmçinin teatrın ekranlarından birində hər şoudan sonra generasiya edilən kilovat-saatların sayğacı göstəriləcək. Ekranda, həmçinin maksimal miqdarda enerji toplayan tamaşaların siyahısı da əks olunacaq.