Fevralın 3-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Azərbaycan ailəsi” altıncı film festivalının açılış mərasimi keçirilib.
Festival Heydər Əliyev Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və BMT-nin Əhali Fondunun birgə layihəsidir.
Tədbirdə ADMİU-nun prorektoru Rafiq Sadıqov layihənin əhəmiyyətindən danışıb.
AQUPDK sədrinin müavini Aynur Sofiyeva festival haqqında məlumat verib. Bildirilib ki, 2009-cu ildən keçirilən festivallarda 150-dək film təqdim edilib. Onlardan 20-yə yaxını xarici film olub. ADMİU-nun tələbələri festivalda fəal iştirak edərək mükafatlara layiq görülüblər.
Dövlət Komitəsinin sədri Hicran Hüseynova rəhbərlik etdiyi münsiflər heyətinə tanınmış incəsənət, kino, televiziya xadimləri, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxov, BMT-nin Əhali Fondunun proqram müşaviri Bəhicə Əliyeva daxildirlər. Həvəskar və professional rejissorlar, televiziya əməkdaşları, tələbələr materialları aprelin 20-dək müsabiqəyə təqdim edə bilərlər. Müsabiqə barədə ətraflı məlumat www.scfwca.gov.az saytında yerləşdirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar