Yapon kinosunda ötən ilin ən gəlirli ekran əsəri animasiya filmi olub

Bu yaxınlarda aparılmış sorğunun nəticələrinə görə, Yaponiyada animasiya filmləri ən çox gəlir gətirən ekran əsərləri sırasında ilk üç yeri tutub. Yaponiya Kinematoqrafçılar Assosiasiyası bəyan edib ki, 2013-cü ildə ölkənin kino sənayesi 1 milyard 900 milyon dollar gəlir əldə edib. Bu, təqribən 2012-ci ildəki gəlirə bərabərdir.
Yapon animatoru və rejissoru Hayao Miyazakinin “Külək güclənir” animasiya filmi ən çox gəlir gətirib. Prokatda bu film 117 milyon dollar qazanıb.
İkinci yeri ABŞ-ın 3D formatlı “Monstrlar universiteti” tutub və onun gətirdiyi qazanc 87 milyon dollara bərabər olub.
Üçüncü yeri (67 milyon dollar) isə məşhur yapon manqa seriyası olan “Van Pis on birinci film”i tutub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar