Strasburq şəhərində fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evində “Litterosa” dərgisinin ilk nömrəsi işıq üzü görüb.

“Litterosa” dərgisi dünya ədəbiyyatı, eləcə də Azərbaycan ədəbiyyatı və yazıçıları haqqında məlumatlar verir. Nəşrin ilk nömrəsində Nizami Gəncəvi, Alber Kamyu, Fridrix Nitsşe, Anton Çexov və Hüseyn Abbaszadə haqqında məqalələr və onların əsərləri yer alıb.

Dərginin əsas məqsədi Azərbaycan ədəbiyyatı haqqında fransız dilində mənbə formalaşdırmaq, tədqiqatçılara bu sahədə istinad edə biləcəkləri məlumatlar verməkdir.

Nəşrin yaradıcısı və baş redaktoru Nicat Kazımovun verdiyi məlumata əsasən ikinci nömrədə M.F.Axundzadə və Nəsimi haqqında məqalələr dərc ediləcək.

Onun sözlərinə görə, dərgi “Kəpəz” nəşriyyatının kitablarına əlavə edilərək oxuculara hədiyyə olunacaq: “Bu, fransızdilli oxuculara Azərbaycan ədəbiyyatı, yazıçılarımızla tanış olmaq imkanı yaradacaq”.