“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin «Azərbaycantelefilm» Yaradıcılıq Birliyində yeni ekran əsərləri ərsəyə gəlib. Klassik şair Seyid Əzim Şirvaninin həyat və yaradıcılığına həsr olunmuş “Aləmdə səsim var mənim” adlı bədii-sənədli filminin çəkilişləri Bakıda və Şamaxıda aparılıb. Filmdə şairin obrazını Əməkdar artist Pərviz Bağırov canlandırıb. Ssenari müəllifi Zərnişan Ağayeva, rejissor Vasif Məmmədzadə, operator Zahid Bağırovdur.
“Palıd ömrü” sənədli filmi isə görkəmli yazıçı-dramaturq, maarifpərvər Nəcəf bəy Vəzirovun ömür yolundan və yaradıcılığından bəhs edir. Tamaşaçılar Nəcəf bəy Vəzirovun meşəçiliyə həsr olunmuş “Palıd” adlı elmi əsəri haqqında da məlumat əldə edəcəklər. Ədibin obrazını aktyor Cəlal Məmmədov canlandırıb. Ssenari müəllifi Yaqub Əlioğlu, rejissor Tural İzzətli, operator Adil Abbasovdur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar