64-cü Berlin kinofestivalı davam edir

Fevralın 6-da Amerika rejissoru Ues Andersonun “Qrand Budapeşt” hoteli” adlı filminin nümayişi ilə açılan 64-cü Berlin kinofestivalı davam edir. Kinofestival hər il Almaniya paytaxtında qış mövsümünün ən başlıca mədəni hadisəsinə çevrilir. Hər il Berlinaledə filmlərin nümayişinə 300 minədək adam gəlir ki, bu da onu dünyanın ən baxımlı kinoforumları cərgəsinə qatır.
Kinoforumda bu dəfə təxminən 400 film nümayiş etdiriləcək. Əsas proqram üçün seçilmiş 20 film Berlinalenin başlıca mükafatı - “Qızıl ayı” uğrunda mübarizə aparır.
Amerika rejissoru Riçard Linkleyterin “Yeniyetməlik dövrü” filmi (rollarda Patrisiya Arket və İtan Houk), Fransa kinematoqrafının əfsanəsi, 91 yaşlı Alen Renenin “Sevmək, içmək və oxumaq” filmləri əsas mükafatlara namizəddir.
Fransalı rejissor Rəşid Buşarebin “Düşmənin yolu”, Yaponiya istehsalı olan “Kiçik ev”, Amerika istehsalı olan “Yüksəkdə” (Killian Merfi ) və yunan rejissoru Yannis Ekonomidesin “Stratlar” filmləri də müsabiqənin əsas proqramına daxildir.
Almaniya kinosu əsas müsabiqədə dörd filmlə təmsil olunacaq. Argentina, Norveç, Avstriya, İspaniya və Çin filmləri də müsabiqə proqramı üçün seçilib.
Prodüser Ceyms Şamusun başçılıq etdiyi münsiflər heyəti fevralın 15-də festivalın laureatlarını elan edəcək. Festival ayın 16-da böyük kinonümayişlə başa çatacaq.
”Berlinale-2014”-ə paralel olaraq Almaniya paytaxtında kinematoqrafiya sahəsinin nümayəndələrinin görüşdüyü ənənəvi məkana çevrilən Avropa Kino Bazarı keçirilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar