Azərbaycanlı tələbə Fərhad Rəhimli Türkiyədə vokalçıların müsabiqəsinin qalibi olub. Müsabiqə “TRT Music” telekanalı ilə yayımlanıb.
Yüzlərlə iştirakçı arasından seçilmiş həmvətənimizin çıxışı hamını riqqətə gətirib. Onun ifasını dinləyərkən münsiflər heyətinin üzvü Koray Avcı və verilişin aparıcısı Duyqu Atakanın gözləri yaşarıb. Koray Avcı Fərhad Rəhimlinin səsinin bənzərsiz olduğunu deyib.
Müsabiqə şərtlərinə görə, qalib gəlmiş iştirakçının münsiflər heyətinin üzvü ilə duet oxumaq hüququ var. Fərhad bu hüququndan istifadə edərək bəstəkar, müğənni və musiqi tənqidçisi Koray Avcı ilə duet oxuyub.