![](/img/news/700x420/_1548409456.jpg)
Bakıda səfərdə olan Türkiyənin Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyinin müdiri Bican Veysəl Yıldız AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ayrı-ayrı şöbələrin fəaliyyəti ilə tanış olub.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli ilə görüşdə qonağa burada aparılan elmi tədqiqatlar, əldə edilmiş nailiyyətlər haqqında məlumat verilib.
Azərbaycan-Türkiyə ədəbi və mədəni əlaqələri müstəvisində uşaq ədəbiyyatının müxtəlif problemləri, qarşılıqlı informasiya mübadiləsi və əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüşdə Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini Aygün Bağırlı iştirak edib.