Azərbaycan

26 yanvar 1863 - Maarifçi alim, ədəbiyyatşünas və publisist Firidun bəy Köçərli (1863-1920) Şuşada doğulub. Qori Müəllimlər Seminariyasında dərs deyib, seminariyanın Azərbaycan bölməsi Qazaxa köçürüləndən sonra bu maarif ocağına rəhbərlik edib.

26 yanvar 2006 - Xanəndə, Xalq artisti İslam Tapdıq oğlu Rzayev (11.11.1934 - 2006) vəfat edib. Mahnılar (“Gəl, inad etmə”, “Dağlar başı” və s.) bəstələyib. Muğam Teatrının yaradıcısı və 20 ilə yaxın bədii rəhbəri olub.

 

27 yanvar 1806 – Yazıçı, mütəfəkkir İsmayıl bəy Qutqaşınlı (1806-1869) keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) anadan olub. Fransız dilində yazdığı “Rəşid bəy və Səadət xanım” povesti ilk Azərbaycan nəsr əsəri sayılır. Çar Rusiyası ordusunda qulluq edib, general rütbəsinədək yüksəlib.

27 yanvar 1906 – Tarixçi alim Sara Aşurbəyli (1906 - 17.7.2001) anadan olub. Orta əsrlər Azərbaycan şəhərlərinin tarixinə dair araşdırmalar aparıb. Rəsm əsərlərinin müəllifidir.

27 yanvar 1912 – Əməkdar memar Fərəc Səttar oğlu Fərəcov (1912 - 7.9.1990) anadan olub.

27 yanvar 1939 – Aktrisa Ofeliya Rza qızı Əfqanlı (Ofeliya Aslan; 1939 – 18.2010) anadan olub. Musiqili Komediya Teatrında çalışıb. “Xoşbəxtlik qayğıları”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib.

27 yanvar 1939 – Ustad saz ifaçısı, Əməkdar incəsənət xadimi Ədalət Məmmədəli oğlu Nəsibov (Aşıq Ədalət; 1939 – 14.9.2017) Qazax rayonunda anadan olub.

 

28 yanvar 1908 – Bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Boris İsaakoviç Zeydman (1908-1981) Peterburqda anadan olub. Ü.Hacıbəylinin dəvəti ilə Bakıya gəlib, Dövlət Konservatoriyasında dərs deyib (1940-60).

28 yanvar 1925 – Şair, dramaturq Adil Qafar oğlu Babayev (1925 - 19.8.1977) anadan olub.

28 yanvar 1985 – SSRİ Xalq artisti, rejissor, sənətşünaslıq doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədov (22.5.1918 - 1985) vəfat edib. Milli Dram, Opera və Balet, Rus Dram teatrlarında rejissor işləyib.

 

Dünya

 

26 yanvar 1925 – Amerika aktyoru, rejissor Pol Nyuman (Paul Leonard Newman; 1925-2008) anadan olub. Filmləri: “Fırıldaqçı”, “Soyuqqanlı Lük”, “Pulların rəngi” (“Oskar”, 1986) və s.

 

27 yanvar 1756 – Avstriya bəstəkarı Volfqanq Amadey Motsart (Joannes Chrysostomus Wolfgang Theophilus Mozart; 1756-5.12.1791) Zalsburq şəhərində doğulub. Alman dilində ilk operanın (“Hərəmхаnаdаn qаçırılmа”), müxtəlif alətlərlə orkestr üçün 40-а yахın əsərin müəllifidir.

27 yanvar 1775 - Alman filosofu Fridrix Vilhelm Şellinq (Friedrich Wilhelm Joseph von Schelling; 1775-1854) anadan olub. Əsərləri: “İncəsənət fəlsəfəsi”, “Etiraf fəlsəfəsi” və s.

 

28 yanvar 1912 – Amerika rəssamı, abstrakt ekspressionizmin banisi Pol Cekson Pollak (Paul Jackson Pollock; (1912-1956) anadan olub.

Hazırladı:  Vüqar ORXAN