Görkəmli bəstəkar Süleyman Ələsgərovun sevilən əsərləri səslənəcək
Fevralın 19-da Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş “Qarabağ” adlı ədəbi-bədii gecə keçiriləcək.
Əsərləri hər bir azərbaycanlının qəlbində əbədi iz qoyan, dahi Üzeyir Hacıbəyli məktəbinin layiqli davamçısı olan Süleyman Ələsgərov milli mədəniyyətimizə bənzərsiz musiqi əsərləri bəxş edib. Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının təşkilatçılığı ilə keçirilən konsertdə bəstəkarın musiqisevərlər arasında sevilən “Gözəl Şuşa”, “Gözlə məni”, “Xəyala dalarkən”, “Düşüncə”, “Bilsəm sən gəlirsən”, “Neylərəm”, “Gözləyirəm”, “İlk xatirə” və digər mahnıları, romansları incəsənət ustalarının ifasında təqdim olunacaq.
Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.