Birləşmiş Ştatların keçmiş birinci ledisi Mişel Obamanın ötən ilin sonunda satışa çıxarılan “Təşəkkül” (“Becoming”) kitabı ən çox satılan nəşrlər sırasında birinci yerdədir. Bu, həmçinin son 10 il üzrə ən çox satılan kitablardan biridir.

Mişel Obamanın memuarları noyabrın 13-də çapdan çıxıb və ötən iki ayda “Amazon”da ən çox satılan kitabların daim yenilənən siyahısında birinciliyi qoruyub saxlayıb. Kitabın satış sayı barədə rəqəm göstərilməsə də, bildirilir ki, “Təşəkkül” 2018-ci ildə satışa çıxarılan və böyük rezonans doğuran ABŞ Prezidenti Donald Tramp haqqında nəşrləri – “Rusiyanın aldanması”, “Od və qəzəb” kimi kitabları da bir neçə həftə ərzində kölgədə qoyub.