Los-Anceles İncəsənət Əsərlərinin Qorunub Saxlanılması İnstitutunun və Misir Qədim Abidələr Nazirliyinin mütəxəssisləri məşhur Tutanxamon məqbərəsinin bərpası işlərini başa çatdırıblar.

On il əvvəl başlayan yenidənqurma işləri 2016-cı ildə həlledici mərhələyə qədəm qoymuşdu. Layihə 3 min il yaşı olan məqbərənin özünün və içərisindəki divar naxışlarının bərpasını nəzərdə tuturdu.

Qədim Misirin ən məşhur fironlarından olan Tutanxamon eramızdan əvvəl təqribən 1332-1323-cü illərdə hakimiyyətdə olub.