Azərbaycanın “Nərimanfilm” və İtalyanın “Torre” kino kompaniyasının birgə istehsalı olan “9x9” qısametrajlı filmi fevralın 3-dən 9-dək keçirilən XIII Mumbay beynəlxalq kinofestivalında (MIFF-2014) “Ən yaxşı operator işinə görə” (“Best Cinematographer Award”) mükafatına layiq görülüb.
“Pasha Bank”ın maliyyə dəstəyi ilə çəkilən filmin ssenari müəllifi və quruluşçu rejissoru Radmila Qordiç, prodüserləri Nəriman Məmmədov və Radmila Qordiçdir. Ekran əsərini operatorlar Mindiya Esadze (Azərbaycanda çəkilişlər) və Luka Koassin (İtaliyada çəkilişlər) lentə alıblar.
Sənədli, qısametrajlı və animasiya filmlərinin nümayiş olunduğu Mumbay beynəlxalq kinofestivalı ilk dəfə 1990-cı ildə keçirilib. İki ildən bir gerçəkləşən festival qısametrajlı, sənədli və animasiya filmləri janrında Leypsiq, Berlin, Oberhauzen, Krakov, Tampere festivalları arasında özünəməxsus yer tutur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar