Fevralın 17-də Britaniyanın Kino və Televiziya Sənəti Akademiyası (The British Academy of Film and Television Arts - BAFTA) mükafatlarının 67-ci təqdimetmə mərasimi keçirilib.
Gecədə şahzadə Uilyam, aktyorlar Bred Pitt, Ancelina Coli, Helen Mirren, Uma Turman, Emi Adams və başqa məşhurlar iştirak edib. Mərasimin aparıcısı aktyor və yazıçı Stiven Fray olub.
Mükafatın qalibləri sırasında isə builki “Oskar” mükafatının bir addımlığında olan filmlər və kino xadimləri yer alıb.
“Ən yaxşı film” nominasiyasında “12 il əsarətdə” (rejissor Stiv MakKuin) qalib elan edilib. “Ən yaxşı Britaniya filmi” adını “Qravitasiya” filmi qazanıb. Digər nominasiyalar üzrə qaliblər belə sıralanıb. “Ən yaxşı rejissor işi” - Alfonso Kuaron (“Qravitasiya”), “Ən yaxşı aktrisa” - Keyt Blanşett (“Jasmin”), “Ən yaxşı aktyor” - Çivatel Enciofor (“12 il əsarətdə”), “Ən yaxşı ikinci dərəcəli aktrisa” - Cennifer Lourens (“Amerikasayağı fırıldaq”), “Ən yaxşı ikinci dərəcəli aktyor” - Barkhad Abdi (“Kapitan Fillips”), “Ən yaxşı animasiya filmi” - “Soyuq ürək”, “Ən yaxşı ssenari” - Erik Sinqer və Devid Rassell (“Amerikasayağı fırıldaq”), “Ən yaxşı uyğunlaşdırılmış ssenari” - “Filomena”.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar