Fevralın 20-də Bakıda “Mosfilm” həftəsinə start verilib. “Mosfilm”in 90 illiyinə həsr olunan kino nümayişi “Kapital Bank” ASC-nin dəstəyi ilə “28 Cinema”da keçirilir.
Açılışa həsr olunmuş mətbuat konfransında məşhur aktyor, Rusiyanın Xalq artisti, əslən bakılı olan Vladimir Menşov çıxış edərək doğma şəhərə gəlişindən məmnunluğunu bildirib: “Mosfilm” kinostudiyasını Bakıda təmsil etmək mənim üçün böyük şərəfdir. Burada doğulub boya-başa çatmışam. İndiki Neftçilər prospektində yaşamışam. Bakı mənə çox əzizdir”.
Aktyor bildirib ki, 1924-cü ildə yaranmış “Mosfilm” Rusiyanın kino sənayesinin aparıcı müəssisəsidir: “Rusiya filmlərinə bu gün də maraq var. Şərt deyil ki, ildə sayca çox film istehsal olunsun. Üç film istehsalata buraxılsın, amma keyfiyyətli olsun. “Mosfilm”də hazırda istedadlı və savadlı mütəxəssislər çalışır. Kinostudiya ən yaxşı kameralar, ən yaxşı işıq avadanlıqları ilə təchiz olunub”.
Kino həftəsinin açılışında Vladimir Menşov özünün “Məhəbbət və göyərçinlər” adlı filmini təqdim edib. Qeyd edək ki, “Mosfilm” həftəsinin proqramına “Uğur centlmenləri”, “İvan Vasilyeviç peşəsini dəyişir”, “Qafqaz əsiri və ya Şurikin yeni macəraları”, “Moskva göz yaşlarına inanmır”, “İşdə məhəbbət macərası” və “Brilyant əl” filmləri daxildir. Filmlər ilk dəfə “28 Cinema”da böyük ekranda nümayiş etdiriləcək.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar