Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin birgə layihəsi olan VII Televiziya Muğam Müsabiqəsinin seçim turu keçirilib.
Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən müsabiqənin münsiflər heyətinə xalq artistləri Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının direktor müavini, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli daxildir.
Seçim turunda Gəncə şəhərinin uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri, Gəncə Musiqi Kollecinin tələbələri, Mingəçevir şəhəri, Xocalı, Kəlbəcər, Göygöl, Ağdam, Şəmkir, Tovuz rayonlarından 30-dan çox muğam ifaçısı iştirak edib.
Münsiflər heyətinin qərarına əsasən, Gəncə şəhəri, Ağdam, Xocalı, Göygöl, Şəmkir rayonlarından 7 ifaçı Bakı şəhərində keçiriləcək birinci turda iştirak etmək haqqı qazanıb.