Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 24 nömrəli 11 illik Musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdi Rəhiməxanım Nəbiyeva Türkiyədə keçirilən “Caspi Art” beynəlxalq sənət müsabiqəsində iştirak edib.
İdarədən bildirilib ki, müsabiqədə uğurla çıxış edən Rəhiməxanım Nəbiyeva ikinci yerə layiq görülərək diplomla mükafatlandırılıb.