Fevralın 6-da Batumi Gənclər Musiqi Teatrı və “Nota” kvarteti Bakıda konsert proqramı ilə çıxış edəcək.

Konsert M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Batumi şəhəri Dövlət Musiqi Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq. Filarmoniyada Gürcüstanın tanınmış xor kollektivləri maraqlı proqram təqdim edəcək.