Kişilər üçün nəzərdə tutulan “Men’s Health” beynəlxalq nəşrinin türkcə versiyasının fevral buraxılışı çapdan çıxıb. Bu nömrənin baş qəhrəmanı azərbaycanlı dizayner Rüfət İsmayıldır.
Amerikada çap olunan aylıq “Men’s Health” jurnalının lisenziyalı regional versiyaları dünyanın 45 ölkəsində, o cümlədən Türkiyədə nəşr edilir.
Rüfət İsmayıl bu beynəlxalq nəşrin üz qabığında fotosu dərc edilmiş ilk azərbaycanlıdır.
Azərbaycanlı dizaynerin kolleksiyaları moda aləmində nüfuzlu tədbirlər sayılan İtaliya, Dubay, Türkiyə, İran və Beyrut moda həftələrində nümayiş etdirilib, dünya moda sənayesinin mərkəzi sayılan “Pitti Uomo”da göstərilib. Nyu-York moda həftəsində Azərbaycanı ilk dəfə (2018-ci ilin sentyabrında) təmsil edən Rüfət İsmayıl olub.