Azərbaycanın Yunanıstandakı səfirliyinin təşkilatçılığı ilə Afinanın kinoteatrlarından birində Vahid Mustafayevin “Xoca” bədii filmi nümayiş olunub.
Filmi izləyənlər arasında Yunanıstan parlamentinin deputatları, Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, elmi ictimaiyyətin nümayəndələri, jurnalistlər, Yunanıstan-Azərbaycan Gənclər Mərkəzinin fəalları, Afina sakinləri olub.
Ölkəmizin Yunanıstandakı səfiri Rəhman Mustafayev filmin nümayişindən əvvəl çıxış edərək Xocalı soyqırımı haqqında danışıb: “Film soyqırımı qurbanlarının xatirəsinə ehtiramın əlamətidir. Bu faciələri xatırlamasaq, günahkarları məsuliyyətə cəlb etməsək, belə hadisələr yenə təkrarlana bilər”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar