Azərbaycan
5 fevral 1918 – Böyük bəstəkar, pedaqoq, akademik, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Əbülfəz oğlu Qarayev (1918 - 13.05.1982) anadan olub. Dünya musiqi xəzinəsinə daxil olan “Yeddi gözəl” (1952), “İldırımlı yollarla” (1958) baletləri, simfoniyalar, “Don Kixot” simfonik qravürü, “Leyli və Məcnun” simfonik poeması, prelüd, sonata və romansların müəllifidir. “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Nizami” və s. filmlərə musiqi yazıb.
5 fevral 1923 – Əməkdar artist, tarzən Baba Əliheydər oğlu Salahov (1923 - 12.8.1981) anadan olub. Azərbaycan Televiziyası və Radiosunun “Araz” Xalq çalğı alətləri ansamblı sənətkarın adını daşıyır.
5 fevral 1963 – Əməkdar artist Münəvvər Səməd qızı Kələntərli (1912-1963) vəfat edib. “Arşın mal alan” (1945), “Bəxtiyar”, “Qızmar günəş altında”, “Görüş” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
6 fevral 1924 – Xalq artisti Firəngiz Şərifova (1924 - 20.2.2014) anadan olub. Uzun illər Gənc Tamaşaçılar Teatrında çalışıb. “Qərib cinlər diyarında”, “Ən vacib müsahibə”, “Qətl günü” və s. filmlərdə çəkilib.
6 fevral 1927 – Rejissor, aktyor, Xalq artisti Lütfi Şahbaz oğlu Məmmədbəyov (1927 - 1.2.2004) Ağdaşda doğulub. 50-dək televiziya tamaşasına quruluş verib. “Qızmar günəş altında”, “Səhər”, “Sehrli xalat” və s. filmlərdə çəkilib.
6 fevral 1950 – Xalq artisti, xanəndə Ağaxan Minəxan oğlu Abdullayev (1950 – 25.12.2016) Bakının Əmircan kəndində anadan olub. 1977-ci ildən yaradıcılıqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. “Şöhrət” ordeni ilə təltif edilib.
7 fevral 1919 – Xalq artisti, görkəmli kinorejissor Tofiq Mehdiqulu oğlu Tağızadə (1919 - 27.8.1998) anadan olub. “Görüş”, “Uzaq sahillərdə”, “Arşın mal alan” (1965), “Yeddi oğul istərəm”, “Dədə Qorqud” və s. filmləri ilə milli kinomuza dəyərli töhfələr verib.
7 fevral 1924 – Xalq artisti, instrumental ifaçı, dirijor Tofiq Qəzənfər oğlu Əhmədov (1924 - 21.3.1981) Bakıda doğulub. Azərbaycan Televiziyası və Radiosunun estrada orkestrini yaradıb, milli caz musiqisinin inkişafında xidmətləri var.
8 fevral 1992 - Görkəmli bəstəkar, Xalq artisti, professor Əşrəf Cəlal oğlu Abbasov (23.3.1920 – 1992) vəfat edib. İlk milli uşaq baleti (“Qaraca qız”), musiqili komediyalar («Dağlar qoynunda», «Həyətim mənim, həyatım mənim” və s.), simfonik əsərlər və mahnıların müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının rektoru olub.
Dünya
5 fevral 1810 – Norveç milli musiqi məktəbinin banilərindən biri, bəstəkar, skripkaçı Ule Bull (Ole Borneman Bull; 1810-1880) anadan olub.
5 fevral 1864 – Alman bəstəkarı, çoxsaylı hərbi marşların müəllifi Karl Teyke (Carl Albert Hermann Teike; 1864-1922) anadan olub.
6 fevral 1894 – Gürcü rejissoru və ssenaristi, SSRİ Xalq artisti Mixail Edişeroviç Çiaureli (1894-1974) anadan olub.
6 fevral 1932 – Fransız aktyoru və rejissoru, kino sənətində “yeni dalğa”nın banilərindən biri Fransua Trüffo (François Roland Truffaut; 1932-1984) anadan olub.
7 fevral 1812 – İngilis yazıçısı Çarlz Dikkens (Charles John Huffam Dickens; 1812-1870) anadan olub. Realist sosial romanın yaradıcılarından biri, “Oliver Tvistin macəraları”, “Devid Kopperfild”, “Dombi və oğlu” və s. romanların müəllifidir.
7 fevral 1885 – Amerika yazıçısı, ədəbiyyat üzrə ilk amerikalı Nobel mükafatı laureatı (1930) Sinkler Lyuis (Sinclair Lewis, 1885-1951) anadan olub. “Baş küçə”, “Martin Errousmit” (“Martin Arrowsmith”) və s. romanların müəllifidir.
7 fevral 1929 – Türk şairi və aktrisası Könül Aysel Gürel (1929 - 17.8.2008) anadan olub. Bir çox populyar mahnıların sözlərinin müəllifidir.
8 fevral 1828 – Fransız yazıçısı, səyyah Jül Vern (Jules Gabriel Verne; 1828 - 24.3.1905) anadan olub. Macəra ədəbiyyatının klassiki, elmi fantastikanın banilərindən biridir. Əsərləri: “Kapitan Qrantın uşaqları”, “80 gün dünya ətrafında” və s.
8 fevral 1928 – Rus aktyoru, SSRİ Xalq artisti Vyaçeslav Vasilyeviç Tixonov (1928 - 4.12.2009) anadan olub. “Baharın on yeddi anı” teleserialında Ştirlis rolu ilə şöhrət qazanıb. “Hərb və sülh”, “Qaraqulaq ağ Bim” və s. filmlərdə çəkilib.
Hazırladı: Vüqar ORXAN