Qısametrajlı film Xocalı faciəsinə həsr olunub

Fevralın 26-da Beynəlxalq Mətbuat Mərkəzində Xocalı faciəsindən bəhs edən “Düşmən laylası” adlı qısametrajlı filmin təqdimatı olub. Ssenari müəllifi Altay Yaşar film haqqında məlumat verib: “Əsas məqsəd XX əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı faciəsi barədə acı həqiqəti beynəlxalq ictimaiyyətə yeni rakursda təqdim etməkdir. Filmdə biz Xocalı faciəsinə soyqırımı qurbanına çevrilmiş 5 yaşlı qızın gözü ilə baxmağa çalışmışıq”.
Filmin müəllifinin qabartmağa çalışdığı aspekt Xocalı faciəsi zamanı balaca Ayanın anasına verdiyi suallardır. Baş verən hadisələri dərk etməyən, anasının başına nə gəldiyini bilməyən Ayan bütün film boyu bu suallara cavab axtarır. Müəllif bu yanaşma ilə tamaşaçıların qəlbinin ən zərif tellərinə toxunmağa və bu suala cavab tapmağa çalışıb: “Nə üçün dünya ictimaiyyəti indiyə qədər Xocalı soyqırımına lazımi qiymət verməyib?”
Filmin rejissoru Elxan Cəfərov, bəstəkarı Nailə Mirməmmədli, operatoru Tanrıverdi Tanrıverdiyevdir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar