İtaliyalı rejissor Göyçaydakı nar bayramı ilə bağlı sənədli film çəkib

İtaliyalı rejissor Luici Cammarota 2012-ci ildə Göyçayda keçirilən VII nar bayramı ilə bağlı “İl frutto della vita” (“Həyat meyvəsi”) adlı sənədli film çəkib.

Film ekranlaşdırıldıqdan sonra İtaliyanın “Rai 3” və Avropanın digər ölkələrinin kanallarında yayımlanıb. Sənədli filmdə narın insanların becərdiyi ilk meyvələrdən biri olduğu vurğulanır. Qeyd olunur ki, bir çox qədim mədəniyyətlərdə nar həyat ağacının meyvəsi sayılır. Azərbaycanda da narçılığın inkişafı geniş vüsət alıb. Azərbaycanın rayonlarının hər biri özünəməxsus meyvə-tərəvəzi ilə tanındığı kimi, Göyçay da qeyri-adi dada malik narı ilə məşhurdur. Burada həmin meyvənin 60-dan çox növü becərilir. Dünya bazarında çox böyük tələbat duyulan narın bir çox müalicəvi xüsusiyyətləri var. Cənnət meyvəsi sayılan nar bir meyvə olmaqla yanaşı, həm də cəmiyyətdə böyük mədəni hadisəyə çevrilib. Narla bağlı bədii əsərlər, şeirlər yazılıb, bayatılar deyilib, bu ecazkar meyvənin şəninə mahnılar bəstələnib, festival təşkil edilib.
Qeyd edilir ki, oxşar festival ənənəvi olaraq İtaliyanın Palmariqqi şəhərində də keçirilir. Bu, xalqlarımızın ortaq mədəni dəyərləri bölüşdüyünün bariz nümunəsidir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar