Mərkəzi qərargahı Astanada yerləşən Beynəlxalq Türk Akademiyası (BTA) Monqolustanda gerçəkləşdirdiyi arxeoloji qazıntı işlərinə görə mükafata layiq görülüb.
Monqolustan Elmlər Akademiyası ilə BTA-nın ortaq layihəsi olan ekspedisiya dünyanın 68 ayrı-ayrı bölgəsində aparılan arxeoloji tədqiqatlar arasında üçüncü olub. Elmi heyətdə ABŞ, Kanada, Almaniya, Çin, Rusiya, Yaponiya və Koreyadan alimlər yer alıb.
BTA 2017-2018-ci illərdə Monqol Milli Muzeyi ilə birgə “Gün Türküstan” və “Kayakuduk” antik Türk bölgəsində çalışmalar həyata keçirib. Birgə arxeoloji layihələr bu il də davam edəcək.
Mehparə SULTANOVA