2019-cu il martın 27-dən aprelin 3-dək Moskvada X Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək.

Mstislav Rostropoviç Fondunun saytı xəbər verir ki, festivalın tədbirləri Moskva Dövlət Konservatoriyasının böyük zalında, “Zaryadye” konsert zalında, P.İ.Çaykovski adına konsert zalında təşkil olunacaq.

Mstislav Rostropoviç Fondu və Moskva Şəhər Mədəniyyət Departamentinin birgə layihəsi olan festivalın bədii rəhbəri Olqa Rostropoviçdir.