Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik Uşaq musiqi məktəbində “Fortepiano musiqisi axşamı” adlı konsert keçirilib.
Konsertdə məktəbin şagirdləri Azərbaycan, Qərbi Avropa, Rusiya bəstəkarlarının əsərlərini, həmçinin fortepiano ilə orkestr üçün bəstələnmiş konsertləri məharətlə ifa ediblər.
Proqramda əsasən aşağı sinif şagirdlərinin ifasına yer verilib, şagirdləri “İpək Yolu” kamera orkestri (bədii rəhbər və baş dirijor – Əməkdar artist Vaxtanq İmanov) müşayiət edib.
Sonda məktəbin direktoru – Azərbaycan Milli Konservatoriyasının dosenti, Əməkdar müəllim Yusif Vəliyev bütün qonaqlara, orkestrin bədii rəhbəri V.İmanova, bütün ifaçılara təşəkkürünü bildirib.