Kinoaktyor, prodüser Ruslan Sabirlinin təşəbbüsü, Mədəniyyət Nazirliyinin  dəstəyi ilə keçirilən Buktreyler festivalının növbəti, sayca 4-cü mövsümünə start verilib. Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənən, onun ən maraqlı anlarını özündə əks etdirən videoçarx (treyler) və qısa filmdir.

2016-cı ildə əsası qoyulan festivalın məqsədi kitaba və mütaliəyə marağın artırılması, film sənayesində yeni istedadların müəyyən edilməsidir.

Festivalın təsisçisi R.Sabirli bildirib ki, 2 fevral – Gənclər günündən elan olunan festivala, ənənəvi olaraq 23 apreldə – Dünya kitab və müəllif hüquqları günündə yekun vurulacaq.

Mədəniyyət Nazirliyi ilə yanaşı, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası festivala dəstək verir. Əsas tərəfdaş “Azercell” mobil operator şirkətidir.

Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəsindən və ya www.facebook.com/BooktrailerFest/ Facebook səhifəsindən əldə etmək olar.

Həmçinin, bütün suallarla bağlı e-mail vasitəsilə müraciət etmək mümkündür: festival2019@booktrailer.az

Buktreylerlərin son qəbul tarixi: 1 aprel 2019-cu il.