Fevralın 5-də San-Remo şəhərində məşhur italyan estrada mahnıları festivalı başlayıb. 1951-ci ildən keçirilən ənənəvi musiqi bayramı bu il 69-cu dəfə təşkil olunur.

“Ariston” teatrında keçirilən festival İtaliyanın “Rai” dövlət televiziya və radiosu tərəfindən canlı yayımlanır. Festivalın bədii rəhbəri və aparıcısı Klaudio Balyonidir.

Fevralın 9-dək davam edəcək müsabiqədə münsiflər heyəti və tamaşaçılar 24 ifaçının çıxışlarını qiymətləndirəcək.

Onların arasında tanınmış müğənnilər Ariza, Nek, Simone Kristikki və başqaları var. İtalyan estradasının veteranı müğənni Pati Pravo isə gənc səhnə tərəfdaşı Briqa ilə duet təqdim edəcək.

Festivalın sonuncu günü qalib elan olunacaq.

Onu da qeyd edək ki, festivalın qonaqları arasında populyar musiqiçilər – Eros Ramazzotti, Luçano Liqabue, Corca, məşhur tenor Andrea Boçelli, İtaliya kinosunun aparıcı aktyorları var.

SƏBİNƏ