Martın 1-dən 16-dək Bakıda “Fransanın dadı” beynəlxalq qastronomiya festivalı keçiriləcək. Artıq ənənə halını alan festival bu il beşillik yubileyini qeyd edir.

Festival ərəfəsində “İnstitut Français d’Azerbaidjan” komandası fransız mətbəxinə aid film nümayişləri və müsabiqələr təşkil edir. “Landmark”da fevral ayının hər cümə günü Fransanın mətbəxinə həsr olunan bədii və sənədli əsərlər nümayiş olunacaq.

Fransız mətbəxi fransız mədəniyyətinin ayrılmaz bir hissəsidir. Fransız kinematoqrafını isə fransız komediyası olmadan təsəvvür etmək mümkün deyil.

Fevralın 8-də fransalı rejissor Filip Muilin “Mətbəx və asılılıq” filmi nümayiş ediləcək. Fransanın ölkəmizdəki səfirliyindən bildirilib ki, arzu edən kinosevərlər “Landmark”da təqdim olunacaq komediya filmini fransız dilində izləyə bilərlər. Seansa giriş ödənişsizdir.