Filarmoniyada müasir musiqi axşamı
Fevralın 20-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Şnitke. Qarayev. Şostakoviç” adlı müasir musiqi axşamı keçiriləcək.
Gecədə Əməkdar artist, dirijor Fuad İbrahimovun idarəsi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bakı Kamera Orkestri və solistlər – Nəzrin Aslanlı və Rövşən Əmrahov çıxış edəcəklər.
Konsertin proqramına Qara Qarayev və Fərəc Qarayevin “Quasi Uno Concerto Grosso”, Alfred Şnitkenin 1 nömrəli “Concerto Grosso” və Dmitri Şostakoviçin “Kamera simfoniyası (c-moll, op.110a)” daxildir.