Kinofestivalda Azərbaycan filmləri də nümayiş etdiriləcək

Martın 12-dən aprelin 13-dək Parisdə IX “Avropa ətrafında Avropa” (“L’Europe autour de l’Europe”) film festivalı keçiriləcək. Avropa Azərbaycan Cəmiyyəti festivalda iki qısametrajlı filmimizin nümayişini təşkil edəcək.
Martın 17-də tədbir çərçivəsində tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayevin “Hər şey yaxşılığa doğru” və gənc rejissor Elmar İmanovun “Tabutçunun yelləncəyi” qısametrajlı filmləri göstəriləcək. Nümayişin “sual və cavab” bölməsində rejissor Elmar İmanov iştirak edəcək.
Vaqif Mustafayevin “Hər şey yaxşılığa doğru” filmi Yer üzündə baş verən bütün müharibələrin əleyhinə etiraz kimi səslənir. Kinolentdə müharibənin törətdiyi acı reallıq öz əksini tapıb.
Elmar İmanovun “Tabutçunun yelləncəyi” filmində təsvir olunan Yaqub əqli və fiziki imkanları məhdud olan oğlu Musanın xəstəliyinə sadəcə dözür, ona qarşı sevgisi yoxdur. Lakin bu vəziyyət həkimin Musanın ağır xəstə olduğu, yaşamasına çox az qaldığı xəbərini verəndən sonra dəyişir...
“Avropa ətrafında Avropa” festivalında 36 ölkədən 63 bədii və 36 qısametrajlı film nümayiş etdiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar