Beynəlxalq Muğam Mərkəzində konsert

Fevralın 13-də Beynəlxalq Muğam Mərkəzində gənc istedadların aşkar edilməsi üzrə həyata keçirilən proqram çərçivəsində Cövdət Hacıyev adına 3 nömrəli 11 illik Musiqi məktəbi şagirdlərinin iştirakı ilə “We Are The World” (“Dünya bizik”) adlı konsert proqramı təqdim edilib.

Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə gerçəkləşən konsertdə məktəbin “Renessans”, “Cırtdan”, “Divizi” xorları, “Melody” vokal qrupunun çıxışları maraqla qarşılanıb.

Məktəbin vokal və estrada ixtisasları üzrə təhsil alan şagirdləri Nigar Seyidova, Eldar Tahirli, Fuad Nəbiyev, Emin Məmmədov, Aleksey Burda, Firuzə Tahirli  Azərbaycan və  xarici ölkə bəstəkarlarının müxtəlif janrlarda əsərlərini səsləndiriblər.

Məktəbin “Hotplay” musiqi qrupunun müşayiət etdiyi konsert tamaşaçıların alqışları ilə qarşılanıb.

LALƏ