Paytaxtdakı Muzey Mərkəzində fevralın 20-də Gəncə rəssamlarının “Xəzinə” adlı rəsm sərgisi açılacaq. Sərgi Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının Gəncə filialı, Gəncə şəhər Uşaq rəssamlıq məktəbinin dəstəyi ilə reallaşacaq.
Layihə Azərbaycanın mədəni irsi, gənc rəssamların bədii inkişafının dəstəklənməsi və formalaşması üçün yaradıcı mühitin yaradılması, bədii yaradıcılığın müxtəlif sahələrində (təsviri və dekorativ-tətbiqi sənət) işləyən perspektivli rəssamların aşkarlanması, onların dəstəklənməsi, region rəssamlarının yaradıcılığına geniş ictimai marağın cəlb olunması, yetişməkdə olan nəsil tərəfindən mədəni dəyərlərin qavranılması məqsədilə həyata keçirilir.