Bütün dünyada trend olan italyan şousu – “Celentano Tribute Show” fevralın 13-də Heydər Əliyev Sarayında təqdim olunub.

Bu şou sevimli italyan sənətkarı, dünya şöhrətli müğənni Adriano Çelentanonun ən yaxşı mahnılarını eşitmək üçün əla şans yaradıb.

“Celentano Tribute Show” tamaşaçıları o qədər heyran edib ki, onlar qarşılarında çıxış edənin Adriano Çelentanonun özü olduğundan şübhə etməyiblər. Bu təkrarsız şouya baxan hər kəs Adriano Çelentanonun konsertində olduğunu bir anlıq hiss edir.

Şounun bütün çıxışları detallarına qədər düşünülüb. Xüsusi diqqət isə səhnə qəhrəmanının – Mauritsio Şvayserin (Maurizio Schveizer) səhnə obrazına yetirilib. Onun bütün səhnə kostyumlarına baxdıqda Çelentanonun kostyumlarının tam eynisini görmək olur.

İstedadı və böyük əməyi sayəsində Mauritsio öz tanınmış oxşarının obrazının bütün detallarını – səsini və hərəkətlərini inanılmaz bacarıqla təkrarlaya bilib.

Şou-konsert öz rəngarəngliyi ilə də izləyiciləri heyrətə gətirib, tamaşaçılar tərəfindən maraqla qarşılanıb.