“Baron” filminin birinci hissəsinin ilk nümayişi 2016-cı il yanvarın 15-də Daşkənddə baş tutmuşdu. Rejissor Rüstəm Sodiyevin filmində baş verən hadisələrin bir qismi gerçək həyatdan götürülüb.

Filmdə baş rollarda məşhur özbək aktyorları Uluqbey Qodirov və Farhod Maxmudov çəkiliblər. Əsas qəhrəman həyat yoldaşının qətlinə görə narkobaronlardan intiqam almaq istəyir. “Baron”da tanınmış rus aktyorları Andrey Smolyakov, Viktor Verjbitski və Pavel Priluçnı da çəkilmişdilər. Filmin bir sıra səhnələri Rusiya və Türkiyədə lentə alınmışdı.

Böyük maraqla qarşılanan filmin prokata çıxdığı ilk günlərdə Rüstəm Sodiyev məlumat vermişdi ki, artıq “Baron-2” filminin ssenarisi üzərində işə başlanılıb. Hazırda çəkilişlər davam edir. “Baron”un davamında baş rola populyar türk aktyoru, televiziya tamaşaçılarının “Qara sevda” serialından tanıdığı Kaan Urgəncoğlu çəkilir.

GÜLCAHAN