Aprelin 26-da Beynəlxalq Muğam Mərkəzində milli kino sənətinin inkişafında əhəmiyyətli xidmətləri olan kinorejissor, Xalq artisti, professor Tofiq İsmayılovun anadan olmasının 75, sənət fəaliyyətinin 55 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Tanınmış elm və incəsənət xadimlərinin, xarici qonaqların iştirak edəcəyi tədbirdə rejissor haqqında fikirlər dinləniləcək, filmlərindən fraqmentlər nümayiş olunacaq. Ötən əsrin 50-ci illərində sənətə gələn Tofiq İsmayılov sonrakı illər ərzində teatr, kino, radio və televiziya sahələrində fəaliyyət göstərib. "Gilas ağacı", "Bir küçənin oğlanları", "Oxuyur Müslüm Maqomayev", "Mən nəğmə bəstələyirəm", "Vulkana doğru", "Əzablı yollar", "Musiqi müəllimi" və s. filmlərə quruluş verib.
Mədəniyyət və İncəsənət Universitetinin professorudur, yetişdirdiyi bir çox tələbələr bu gün sənətdə aparıcı mövqedədirlər. Bir müddət Türkiyənin Memar Sinan Universitetində dərs deyib. Tofiq İsmayılov mədəniyyətimiz qarşısındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, Xalq artisti fəxri adına layiq görülüb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar