26-cı Avropa Caz Festivalı 2-21 mart tarixində Türkiyənin İzmir şəhərində keçiriləcək.
İzmir Mədəniyyət İncəsənət və Təhsil Fondunun yaydığı məlumata görə, caz festivalına 2 martda Əhməd Adnan Sayqun İncəsənət Mərkəzində Ferit Odmanın konserti ilə start veriləcək. İfaçı “Autumn in New York” və “Nommo” albomlarından kvartet aranjimanlarını təqdim edəcək.
Festival çərçivəsində 9 konsertdən başqa, seminar və film nümayişləri də keçiriləcək.