Gənc rejissorlar Elmar İmanovun və Engin Kundağın birgə işi olan “Torn” (“Ayrı”) filmi Kann festivalının “Rejissor həftəliyi” proqramına salınıb. Film iki ayrı dünya (ata və oğul) haqqında qısametrajlı ekran əsəridir. “Fil Production” (Azərbaycan) və “Color of May” (Almaniya) şirkətlərinin lentə aldığı filmdə Mirmövsüm Mirzəzadə, Zülfiyyə Qurbanova və Rasim Cəfər çəkilib. Xatırladaq ki, Elmar İmanovun “Tabutçunun yelləncəyi” filmi 2012-ci ilin tələbə “Oskar”ına layiq görülüb.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyası və "Buta Films" şirkətinin birgə istehsal etdiyi "Sonuncu" qısametrajlı bədii filmi (rejissor Sergey Pikalov) 67-ci Kann kinofestivalının əsas müsabiqə proqramlarından olan "Qısa metr" proqramına daxil edilib. Bu, Azərbaycan kinosu tarixində Kann festivalının əsas müsabiqə proqramında yer alan ilk ekran əsəridir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar