Hindistanın Bakıdakı səfirliyində Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə “Hindistan Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgi keçirilib.
Tədbirdə Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Govindan Pacheni çıxış edərək sərginin iki ölkənin mədəni əlaqələrinin daha da inkişafına bir töhfə olduğunu bildirib.
Layihənin kuratoru Elnurə İsgəndərova qeyd edib ki, sərgini ərsəyə gətirməkdə məqsəd ən qədim sivilizasiyalardan biri olan Hindistanın mədəni irsinin ölkəmizdə tanıdılmasıdır.
Xalq rəssamı Arif Hüseynov sərginin uğurlu alındığını və bu tədbirin iki ölkə arasında qarşılıqlı mədəni təbliğatın çox vacib bir amil olduğunu deyib.
Sərgidə yüzdən çox əsər nümayiş olunub. Sonda iştirakçılara diplomlar təqdim edilib.
S.QALİBOĞLU