Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə rayon Tarix-diyarşünaslıq muzeyində idarənin tabe mədəniyyət müəssisələrində çalışan rəhbər və gənc əməkdaşların toplantısı keçirilib.
İdarənin rəisi Elman Məmmədov 2019-cu ildə qarşıda duran məsələlər və görüləcək işlərlə bağlı Mədəniyyət Nazirliyi rəhbərliyinin tövsiyə və tapşırıqlarını diqqətə çatdırıb. Bildirib ki, tədbirin keçirilməsində məqsəd gənc mədəniyyət işçilərinin fəaliyyətində innovasiya və yaradıcılığın artırılması, ölkəmizin milli mədəni irsinin yeniyetmə və gənclər arasında daha geniş təbliğidir.
Toplantıda gənc mədəniyyət işçilərinin Kürdəmir rayon kreativ qrupunun koordinatoru Xəyyam Məlikov “Dövlətimizin inkişafında, azərbaycançılıq ideologiyasının təbliğində mədəniyyət müəssisələrinin rolu” mövzusunda çıxış edib.