“Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyi Rəssamlar İttifaqı ilə birlikdə “Soyqırımı” adlı Respublika sərgi-müsabiqəsini elan edib.
Sərgi-müsabiqə Xocalı soyqırımının təsviri və dekorativ sənət əsərləri vasitəsilə ifadə edilməsi və bədii təcəssümü, xalqımızın Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzminin nümayişi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə keçirilir.
Sərgi-müsabiqədə iştirak etmək istəyən rəssamlar əsərlərini 2019-cu il martın 25-də və 26-da Azərbaycan Rəssamlar İttifaqına (ünvan: Bakı ş. Xaqani küçəsi 43; tel: 493 62 30) təqdim edə bilərlər.
Əsərlər toplandıqdan və münsiflər heyəti tərəfindən dəyərləndirildikdən sonra müsabiqənin yekun sərgisi Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda keçiriləcək.
Münsiflər heyəti tərəfindən seçilərək I, II, III yerlərə və həvəsləndirici mükafatlara layiq görülən əsərlər Mədəniyyət Nazirliyinə (Azərbaycan Dövlət Rəsm Qalereyasına) təhvil verilməlidir.
Ətraflı məlumatı nazirliyin saytının (www.mct.gov.az) “Elanlar” bölməsindən əldə etmək olar.