“Chanel” moda evinin baş dizayneri vəzifəsini Vircini Viar tutacaq

Dünya şöhrətli alman modelyer, Fransanın “Chanel” moda evinin baş dizayneri Karl Lagerfeldin ölümündən sonra bu vəzifəni fransız Vircini Viarın tutacağı gözlənilir.

Vircini Viar “Chanel”in studiya direktoru və 30 il ərzində Karl Lagerfeldin “ilham pərisi”, ən yaxın tərəfdaşı və “sağ əli” olub. Karl Lagerfeld son illər yeni moda mövsümlərinin açılışında qonaqlar qarşısına  Vircini Viar ilə birlikdə çıxardı. Ona həmçinin Qabriel Şanel və Karl Lagerfeld irsinin qorunması həvalə olunub.

Dünya moda aləminin “Kayzer Karl” adlandırdığı Karl Lagerfeld fevralın 19-da 85 yaşında vəfat edib. Modelyer öz adına yaratdığı brendlə bərabər, İtaliyanın “Fendi” moda evi üçün də kolleksiyalar hazırlayırdı. O və İv-Sen-Loran Fransada sonuncu iki ən böyük modelyer hesab olunurdu.

SƏBİNƏ