Soçidə konsert verəcək

Dünya şöhrətli türkiyəli pianoçu İdil Biret Rusiyanın Soçi şəhərində konsert proqramı ilə çıxış edəcək.

Sənətkar fevralın 24-də Beynəlxalq Sənət Festivalının bağlanış mərasimində konsert verəcək. Pianoçunu Yuri Başmetin dirijorluğu ilə Rusiya Gənclər Simfonik Orkestri müşayiət edəcək.

Qeyd edək ki, fevralın 15-də başlanan festivala dünyanın məşhur orkestrləri və sənət adamları qatılıb.