Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev və teatrın solisti, Əməkdar artist Afaq Abbasova Serbiyanın paytaxtı Belqradda qastrol səfərindədir. Sənətçilərimiz fevralın 23-də və ayın 27-də Belqrad Milli Operasında çıxış edəcəklər.

Azərbaycanlı soprano şənbə günü C.Puççininin “Bohema”, gələn həftə isə C.Verdinin “Trubadur” operalarında çıxış edəcək. Afaq Abbasova “Bohema”da Mimi, “Trubadur”da isə Leonoranın partiyalarını ifa edəcək. Hər iki tamaşanı Əyyub Quliyev  idarə edəcək.

G.MİRMƏMMƏD