Fevralın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqi zalında Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş orqan konserti keçirilib.
Filarmoniya və Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə gerçəkləşən tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Anım konsertində dirijor, Əməkdar artist Yulizana Kuxmazovanın bədii rəhbərliyi ilə BMA-nın tələbə xoru, beynəlxalq müsabiqələr laureatı Şəfəq Abdullayeva, Səbinə Bəylərbəyova, Əməkdar müəllim Rasimə Babayeva, solistlər İlham Nəzərov (kontrtenor), İslamə Abdullayeva (soprano), Orxan Hüseynli (xanəndə) Azərbaycan və xarici bəstəkarların əsərlərini səsləndiriblər.
Konsertin bədii rəhbəri Əməkdar incəsənət xadimi, professor Tahirə Yaqubovadır.