Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən Beynəlxalq qida festivalında ölkəmiz də təmsil olunub.
Bu ölkədəki səfirliyimizin dəstəyi ilə qurulan pavilyonda səfirliyin əməkdaşları, Əbu-Dabidə yaşayan Azərbaycan icmasının fəal üzvlərinin səyi ilə milli mətbəximiz və mədəniyyətimiz təqdim olunub.
Azərbaycan guşəsində aş, qutab, səbzi, dovğa, UNESCO-nun siyahısına daxil edilmiş lavaş, dolma, həmçinin milli şirniyyatlarımızın nümunələri, Azərbaycanın görməli yerlərini əks etdirən fotostend nümayiş etdirilib. Ziyarətçilər ölkəmizin tarixini, mədəniyyətini və turizm abidələrini, o cümlədən mənzərəli yerlərini əks etdirən suvenirlərlə tanış olublar.
Qonaqlar mətbəx nümunələrimizdən dadıb, mədəniyyətimiz və adət-ənənələrimiz haqqında məlumat əldə ediblər.