Heydər Əliyev Sarayı qarşıdakı Novruz bayramı tətili günlərində uşaqları maraqlı, musiqili, interaktiv və əyləncəli proqramla sevindirəcək.
Martın 22-də milli bayramımız münasibətilə Heydər Əliyev Sarayının səhnəsində “Sehrli Novruz” adlı möhtəşəm bayram şənliyi keçiriləcək. Hər il olduğu kimi, Novruzun sevilən personajları Kosa və Keçəl şənliyin əsas simaları olacaqlar. Sevimli qəhrəmanlar uşaqlara baharın gəlişi, Novruz çərşənbələri və digər adət-ənənələr haqda məlumat verəcək, müxtəlif oyunlar keçirəcəklər.
Bundan əlavə, uşaqlar Keçəl və Kosanın məzəli deyişmələrindən ibarət səhnəcikləri, rəqs kollektivlərinin ifasında milli və müasir rəqsləri, musiqili qonaqların çıxışını izləyə biləcəklər.