Fevralın 27-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) italiyalı pianoçu, Milan Konservatoriyasının məzunu Marko Falossi akademiyanın tələbələrinə ustad dərsi keçib.
BMA-dan bildirilib ki, professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən ustad dərsində xarici bəstəkarların əsərlərinə müraciət olunub.
Musiqiçi ustad dərslərində təqdim olunan repertuarlar əsasında pianoçu tələbələrə öz dəyərli məsləhətlərini verib.
Dərslər dinləyicilər tərəfindən maraqla qarşılanıb.