Azərbaycan Turizm və Menecment Universitetinin əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının növbəti sayı çapdan çıxıb.
Jurnalın yeni sayında “Qədim İpək Yolunun bərpası” layihəsinin reallaşması prosesində ulu öndər Heydər Əliyevin rolu, UNESCO mədəni irs xəzinəsinə daxil edilmiş Qobustan qoruğunun marketinqinin təhlili, Gəncənin tarixi-dini abidələrinin tolerant dəyərlərin və multikulturalizm mühafizəçisi kimi tədqiqinin əhəmiyyəti və digər mövzularda tədqiqatlara dair məqalələr dərc olunub.